Demyanenko: "İnter" hazırda daha yaxşı oynayır"

Demyanenko: "İnter" hazırda daha yaxşı oynayır"
XƏBƏR 29 Yanvar 2012 / 00:22 1826
-  A +

Ötən gün baş tutan "İnter" - "Volın" matçından (0:0) sonra rəqib komandanın baş məşqçisi Anatoli Demyanenko oyun barədə fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatınma görə, klubun rəsmi saytına açıqlama verən Demyanenko oyunla bağlı bunları deyib:

"Qarşılaşma barədə ətraflı danışmayacağam. Ona görə ki, hazırlıq matçı idi və hər iki komanda fiziki yükləmələr altındadır. Bununla belə, matçı döyüşkən xarakterli adlandırardım. “İnter” gəldikdə isə onu deyə bilərəm ki, komanda hazırda daha yaxşı və kombinasiyalı oynayır".


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner