"Qəbələ" hazırlığını itkilərlə davam etdirir

"Qəbələ" hazırlığını itkilərlə davam etdirir
XƏBƏR 29 Yanvar 2012 / 00:04 1333
-  A +

Antalyanın Bələk bölgəsində hazırlıqlarını davam etdirən “Qəbələ” klubu ötən gün iki məşqlə təlim-məşq toplanışının 9-cu gününü yekunlaşdırıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda günün ilk yarısında əsasən uzaqdan qapıya zərbələr üzərində çalışıb.

Günə toplu çalışmalar və ikitərəfli oyunla yekun vurulub. Məşqlərdə zədəli olan Vurğun Hüseynov, ayağında ağrılar hiss edən Pavel Doroşev və icazəli Deon Barton iştirak etməyib. 

Sabah isə “Qəbələ” Antalyada üçüncü yoxlama oyununda gücünü sınayacaq. Komandamız Rumıniyanın “Vitorul Konstanta” klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 17:00-da baş tutacaq.

 


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...