Yığmamız Norveç klubu ilə sülh bağladı

Yığmamız Norveç klubu ilə sülh bağladı
XƏBƏR 28 Yanvar 2012 / 18:57 1830
-  A +

Yanvarın 20-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq prosesi çərçivəsində bu gün son yoldaşlıq oyununu keçirib.

Qol.Az-ın məlumatına görə, yığmamız Norveçin "Fredrikstad" klubu ilə qarşılaşıb. Oyunda hesab açılmayıb – 0:0.

Qeyd edək ki, yığmamız bu toplanış çərçivəsində keçirdiyi əvvəlki yoldaşlıq oyunlarını da heç-heçə başa vurmuşdu. Yanvarın 23-də Macarıstanın U-21 yığmasına, 3 gün sonra isə "Ferentsvaroş" klubuna qarşı keçirilən oyunlar 1:1 hesabı ilə yekunlaşmışdı.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...