"Fulhem"in hücumçusu "Qalatasaray"ın hədəfində

"Fulhem"in hücumçusu "Qalatasaray"ın hədəfində
XƏBƏR 28 Yanvar 2012 / 14:58 2225
-  A +

Hücumçu axtarışlarını davam etdirən Türkiyənin "Qalatasaray" klubu istədiyi futbolçunu İngiltərədə tapıb.

Qol.Az-ın İngiltərənin "Daily Mail" qəzetinə istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi "Fulhem"in hücumçusu Endi Consona "elçi" düşüb.

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim 30 yaşlı futbolçunun onun axtardığı oyunçu olduğunu bildirib. Lakin "Qalatasaray"la yanaşı, Rusiyanın "Rubin" klubu da Consonla yaxından maraqlanır. Bu isə "Cim Bom"un işini bir qədər çətinə salıb.

Qeyd edək ki, bu mövsüm 16 oyunda forma geyinən Conson 3 qola imza atıb.


Son xəbərlər