"İnter"in müdafiəçisi "Milan"a doğru?

"İnter"in müdafiəçisi "Milan"a doğru?
XƏBƏR 28 Yanvar 2012 / 12:01 2070
-  A +

"İnter" klubunun müdafiəçisi Kristian Çivunun mövsümün sonunda komandadan ayrılacağı bildirilir.

Qol.Az-ın məlumatına görə, rumıniyalı futbolçunun "Milan"a keçəcəyi iddia olunur.

Lakin bu xəbərləri təkzib edən Çivu bu haqda belə danışıb: "Bu, yanlış məlumatdır. Sadəcə şaiyədir. Mövsümün sonunda "İnter"lə yenidən danışıqlar aparacağam. Mən daha bir neçə mövsüm "İnter"də qalmaq istəyirəm".

Qeyd edək ki, 2007-ci ildən "İnter"in şərəfini qoruyan 31 yaşlı futbolçu komandanın heyətində 100-ə yaxın oyuna çıxıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner