“Olimpik”lə oyunun yenidən keçirilməsini tələb edən “Bakı” bu gün daha bir maraqlı məlumat yayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Bakı” “Olimpik”in baş məşqçisi Əsgər Abdullayevə İngiltərənini “Arsenal” klubunun fransız çalışrıdıcısı Arsen Vengerin yoluyla getməyə çağırıb. “Əsgər Abdullayev üçün Arsen Vengerdən "fair play" nümunəsi” başlıqlı yazıda qeyd olunur: “Fair play" prinsiplərinin pozulması səbəbi ilə oyunun yenidən keçirilməsinin mümkün olmadığını iddia edən insanlar yanılırlar. 1998/1999 mövsümü İngiltərə kuboku çərçivəsində keçirilən "Arsenal"-"Şeffild" oyunu (2:1 "Arsenal"ın qələbəsi ilə nəticələnib) yenidən keçirilib. 13 fevral 1999-cu il tarixdə İngiltərə kubokunun 5-ci mərhələsində "Hayberi" stadionunda keçirilən oyun "Fair play" normalarının pozulması səbəbi ilə yenidən keçirilib. Buna səbəb "Arsenal"ın futbolçusu Kanunun topu rəqib qapısından "fair play" prinsiplərinə zidd bir şəkildə keçirməsi olub. "Şeffild" klubunun oyunçuları "Arsenal"lı futbolçunun zədələndiyini görərək topu meydandan çıxarıblar. Zədəli oyunçuya tibbi yardım göstərdikdən sonra "Arsenal" futbolçusu topu autdan Nvonko Kanuya ötürüb, Kanu isə heç bir maneəyə rast gəlmədən topu "Şeffild"in qapısından keçirib. Bu qol oyunda həlledici olub və "Arsenal"a qələbə qazandırıb.
"Arsenal"ın baş məşqçisi Arsen Venqer oyundan sonra nəticənin ədalətsiz qol hesabına qazanıldığını bilidrərək oyunun yenidən keçirilməsi təşəbbüsü ilə çıxış edib, təklif İngiltərə Futbol Federasiyası tərəfindən müsbət qarşılanıb. Oyun yenidən keçirilib, "Arsenal" bu oyunda qalib gələrək kubok uğrunda mübarizəni davam etdirib.
Müqayisə aparmaq üçün bundan uğurlu nümunə tapmaq mümkün deyil.
Xatırladaq: 5 aprel 2009-cu il tarixdə XVII Azərbaycan çempionatının 20-ci turu çərçivəsində "Şəfa" stadionunda keçirilən "Olimpik"-"Bakı" oyununun 51-ci dəqiqəsində Junivan Suares ona yardım göstərilməsi məqsədi ilə meydandan çıxarılan top yenidən oyuna daxil edildiyi zaman onu maneəsiz şəkildə "Bakı" komandasının qapısından keçirib. Həmin ana qədər "Bakı" hesabda irəli olub.
"Olimpik"in baş məşqçisi Əsgər Abdullayev oyundan sonra keçirilən mətbuat konfransında üzr istəməyə hazır olduğunu bildirib.
Buyurun, Əsgər müəllim, həyat Sizə idman prinsiplərinə sadiq qalaraq oyunçularınızın səhvini düzəltmək, bu ləkəni "Olimpik"in üzərindən atmaq, Azərbaycan futbolunu şöhrət zirvəsinə ucaltmaq üçün unikal imkan verib. Bu addımı atın, oyunun yenidən keçirilməsinə razılıq verin.
Arsen Venger və "Arsenal" nümunəsi də öz növbəsində "Olimpik"in dünya futbol ailəsinə "Fair play" prinsiplərinə layiq bir şəkildə qayıtmasının təminatı olsun”.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?
La Liqa klubunda yeni baş məşqçi
Ronaldo 981-ci qolunu Özbəkistan “Neftçi”sinə vurdu
“Traktor” ÇL-də ilk xalını qazandı
“Atalanta”dan 3 qollu qələbə - Video
Superliqada 7-ci tura yekun vuruldu
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”