Stiven Cerard irqçilikdən danışdı

Stiven Cerard irqçilikdən danışdı
XƏBƏR 28 Yanvar 2012 / 02:47 2007
-  A +

"Liverpul" klubunun kapitanı Stiven Cerard İngiltərə Federasiya kubokunda (FA) qarşılaşacaqları "Mançester Yunayted"lə oyunöncəsi fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, Luis Suarez və Patris Evra arasında daha öncə yaşanmış irqçilik məsələsinə toxunan Cerard bu oyunda yalnız futboldan danışılmasını xahiş edib:

"Meydana çıxarkən insanların yalnız futbol haqda düşünməsini istəyirəm. "Mançester Yunayted"lə oyun həmişəki kimi gərgin keçəcək. Daha öncə keçirilmiş oyunda Suares və Evra arasında xoşagəlməz hadisə yaşanmışdı. Ancaq bu dəfə belə məqamların olmasını istəmirəm. Ona görə də ancaq futbol haqda danışsaq, yaxşı olar".

Qeyd edək ki, "Liverpul" - "Mançester Yunayted" matçı bu axşam keçiriləcək.


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır