"Arsenal"ın gənc ulduzuna iki təklif

"Arsenal"ın gənc ulduzuna iki təklif
XƏBƏR 28 Yanvar 2012 / 02:06 2176
-  A +

"Arsenal" klubunun gənc ulduz futbolçusu Teo Uolkot komandasını tərk edə bilər.

Qol.Az-ın məlumatına görə, ingilis futbolçuya Fransanın PSJ və İtaliyanın "Yuventus" klubları "elçi" düşüb.

2013-cü ilə qədər "Arsenal"la müqaviləsi olan Uolkotun gələcək taleyi Robin Van Persinin komandada qalıb-qalmayacağından asılıdır.

Hollandiyalı futbolçu "Arsenal"da qalacağı təqdirdə, rəhbərlik Uolkotun gedişinə icazə verəcək. PSJ və "Yuventus"un 22 yaşlı futbolçu üçün yaxın günlərdə rəsmi təklif göndərəcəyi bildirilir.

Qeyd edək ki, 2006-cı ildə "Arsenal"a transfer olunan Uolkot keçirdiyi 136 oyunda 21 qola imza atıb.

 


Son xəbərlər