"Sumqayıt" Almaniya klubuna məğlub oldu

"Sumqayıt" Almaniya klubuna məğlub oldu
XƏBƏR 28 Yanvar 2012 / 01:03 1949
-  A +

Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində davam etdirən "Sumqayıt" klubu ötən gün daha bir yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Qol.Az-ın məlumatına görə, Bernhard Raabın komandası Almaniyanın "Plauen" klubu ilə qarşılaşıb. Lakin görüş "Sumqayıt" klubunun 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, ilk yoxlama matçında Qazaxıstanın "Jetusi" klubuna 2:0 hesabı ilə qalib gələn "Sumqayıt", daha sonra Almaniya "Paderborn"una (0:4) və Rusiyanın I liqa təmsilçisi "Fakel"ə (0:1) məğlub olmuşdu.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner