"Çelsi"nin futbolçusu rəsmən PSJ-də

"Çelsi"nin futbolçusu rəsmən PSJ-də
XƏBƏR 28 Yanvar 2012 / 00:40 2228
-  A +

"Çelsi" klubu müdafiəçisi Aleks Fransanın PSJ klubu ilə rəsmi müqavilə imzalayıb.

Qol.Az-ın məlumatına görə, PSJ-nin baş məşqçisi Karlo Ançelottinin israrından sonra braziliyalı futbolçu Paris təmsilçisinə keçməyə razılıq verib.

Bu mövsüm "Çelsi"nin əsas heyətindəki mövqeyini itirən 29 yaşlı futbolçunun PSJ ilə neçə illik müqavilə imzalaması haqda məlumat verilməyib. Üstəlik PSJ-nin Aleksin transferi üçün nə qədər pul xərcləyəcəyi də açıqlanmayıb.

Qeyd edək ki, Aleks bu mövsüm "Çelsi"nin heyətində cəmi 3 oyunda forma geyinib.


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır