"Neftçi" hazırlığı bərpa etdi

"Neftçi" hazırlığı bərpa etdi
XƏBƏR 28 Yanvar 2012 / 00:22 1385
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" klubu iki günlük fasilədən sonra hazırlığı bərpa edib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Neftçi" ötən gün bir məşqlə kifayətlənib.

Futbolçular baş məşqçi Böyükağa Hacıyevin rəhbərliyi altında keçən hazırlıq prosesində həvəslə çalışıblar.
 
Qeyd edək ki, sabah da məşqlərlə kifayətlənəcək "Neftçi" yanvarın 29-da Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ilk oyununu keçirəcək. "Ağ qaralar" Bakı vaxtı ilə saat 20:00-da Ukraynanın "Metallist" klubu ilə görüşəcək.


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır