"Qəbələ" hazırlığını davam etdirir

"Qəbələ" hazırlığını davam etdirir
XƏBƏR 28 Yanvar 2012 / 00:03 1347
-  A +

Antalyanın Bələk bölgəsində hazırlıqlarını davam etdirən “Qəbələ” ötən gün iki məşqlə təlim-məşq toplanışının 8-ci gününü yekunlaşdırıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda günün ilk yarısında fiziki çalışmalar yerinə yetirib. Günə toplu çalışmalar və ikitərəfli oyunla yekun vurulub.

Məşqlərdə zədəli Vurğun Hüseynov və icazəli Deon Bartondan başqa bütün futbolçular iştirak ediblər.

Qeyd edək ki, komanda sabah da hazırlığını iki məşqlə davam etdirəcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner