"Beşiktaş"ın ulduzu Premyer Liqa yolunda

"Beşiktaş"ın ulduzu Premyer Liqa yolunda
XƏBƏR 27 Yanvar 2012 / 17:38 2808
-  A +

"Beşiktaş" klubunun hücumçusu Hüqo Almeyda karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı futbolçunu "Sanderlend" klubu heyətinə qatmaqda maraqlıdır.

"Sanderlend"in baş məşqçisi Martin O'Neil Almeydanı transfer etmək istədiyini bildirib. İngiltərə təmsilçisinin Almeyda üçün 3 milyon funt-sterlinq verməyə hazır olduğunu bildirib.

Lakin "Beşiktaş" rəhbərliyinin futbolçunun transferi üçün daha çox məbləğ istəyəcəyi istisna olunmur. Lakin Ameyda ilə "Sanderlend"lə yanaşı, "Everton" da yaxından maraqlanır.

Qeyd edək ki, "Sanderlend" 22 turdan sonra 27 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.                


Son xəbərlər