Junior: "Bakı" bu görüşdə qələbə qazanmalı idi"

XƏBƏR 27 Yanvar 2012 / 15:13 1712
-  A +

"Bakı" klubunun futbolçusu Junior Xavier Vilson "Panduri" ilə keçirilən oyun (0:1) haqda danışıb.

Qol.Az-ın məlumatına görə, klubun "fcBTv" televiziyasına açıqlama verən braziliyalı futbolçu görüşlə bağlı bunları deyib:

"İlk iki oyunu güclü rəqiblərə qarşı keçirmişdik. Həmin oyunlar bizim üçün çətin keçdi və nəticədə məğlub olduq. Ancaq "Panduri"yə qarşı yaxşı oynadıq və "Bakı" bu görüşdə qələbə qazanmalı idi. Bununla belə, komandanı yaxşı oyuna görə təbrik edirəm. Doğrudur, 0:1 hesabı ilə məğlub olduq. Ancaq əsas məqsədimiz vahid komanda yaratmaqdır ki, buna da nail oluruq". 


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır