Aleksandr Starkov hakimlikdən gileyləndi

Aleksandr Starkov hakimlikdən gileyləndi
XƏBƏR 27 Yanvar 2012 / 14:55 1489
-  A +

"Panduri"yə qarşı pis oynamadıq. Oyunumuz kifayət qədər yaxşı alındı. Əsasən də ikinci hissədə bir neçə qol imkanımız oldu".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı"nın baş məşqçisi Aleksandr Starkov "Panduri" ilə yoxlama görüşündən sonra klubun internet televiziyasına açıqlamasında deyib.

Starkov məğlubiyyətə baxmayaraq, komandasının oyunundan razı qaldığını bildirib: "Jaba və Verpakovskisin qol imkanları olsa da, bundan yararlana bilmədilər. Nəzərə alsaq ki, əsas heyətin 3-4 futbolçusu bu görüşdə iştirak etmirdi, komandamın oyunundan razı qaldığımı deyə bilərəm.

Məni bu oyunda daha çox hakimin qərarları təəccübləndirdi. İlk dəfə idi ki, yoldaşlıq görüşündə hakimin bir tərəf üçün fit çaldığının şahidi olurdum. Moldovalı hakim üçün bütün tənqidlər azdı. Onun bu hərəkətləri qeyri-peşəkarlıq idi".

Qeyd edək ki, "Bakı" - "Panduri" matçı 1:0 hesabı ilə rumınların xeyrinə başa çatıb.


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır