“Bu çox xoşagəlməz haldır. Azərbaycan futbolunda bu cür hadisənin baş verməsi mənə pis təsir etdi”. Bu sözləri Qol.Az-a verdiyi müsahibədə premyer-liqanın son turunda keçirilən “Olimpik” - “Bakı” oyununda baş verən hadisələrə münasibət bildirərkən, milli komandamızın kapitanı, Türkiyənin “Kocaelispor” klubunun futbolçusu Rəşad Sadıqov deyib. Rəşad bildirib ki, bəlkə də həmin qol olmasaydı, “Bakı” “Olimpik”ə uduzmayacaqdı: “Olimpik”in futbolçuları çox böyük səhvə yol verdilər. Həmin epizoda inretnet vasitəsiylə bir neçə dəfə baxdım. “Bakı”nın zəhmətinə heyfim gəldi. Çünki çempionluq yolunda inamlı irəlilədikləri bir anda gözlənilmədən “Olimpik”ə uduzdular. Özü də bu cür. Əminəm ki, “Olimpik” birinci qolu elə deyil, bir başqa cür vursaydı, “Bakı” rəqibinə uduzmayacaqdı. Çünki o cür qol buraxdıqdan sonra “Bakı”nın futbolçuları psixoloji baxımdan zərbə aldılar. Bunun da nəticəsində komanda ikinci qolu da buraxdı. Fikrimcə, indiki durumda “Bakı”nını futbolçuları psixoloji cəhətdən möhkəm olmalıdırlar. Əks halda, bu amil çempionluq mübarizəsində onlara problem yarada bilər”.
Qeyd: Rəşad Sadıqovun müsahibəsi bir qədər sonra saytımızda yerləşdiriləcək
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"
“Sabah” böyükhesablı qələbə qazandı
"Qalatasaray" - "Liverpul" matçının heyətləri açıqlandı
"Göygöl" "Şəki Siti"ni darmadağın etdi - Video
İngiltərə millisinin üzvü karyerasını bitirdi
"Real"ın futbolçusu əməliyyat olundu
“Göygöl” və “Qaradağ Lökbatan”dan böyükhesablı qələbə
"Matçı buraxmaq bərpa olmağıma yaxşı təsir edəcək"
"Kamp Nou"da azarkeşləri sevindirəcək yenilik olacaq
"Sabah" - "Qəbələ": Heyətlər
"Turan Tovuz" “Azərsun Arena”dan da “köçdü”
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Azərbaycanın U-20 millisinin baş məşqçisi açıqlandı
Vernidubun Berdıyevlə görüşməsi narazılıq yaratdı - Video
UEFA rəsmisi AFFA-da görüşlər keçirib
DÇ-2026-nı buraxacaq
AFFA cəza və cərimələri açıqladı