"Sumqayıt"ın rəqibi dəyişdi

XƏBƏR 27 Yanvar 2012 / 12:04 1359
-  A +

“Sumqayıt”  klubu Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, Komandamız qonşu ölkədə bu gün növbəti yoxlama oyununa çıxacaq. Bernhard Raabın komandası əvvəlcədən planlaşdırıldığı kimi “Dinamo” Drezden klubunun əvəzediciləri ilə üz-üzə gəlməli idi. Lakin bəzi səbəblərə görə, “Sumqayıt”ın rəqibi dəyişib.

Bakı vaxtı ilə saat 17:00-da baş tutacaq oyunda “Sumqayıt” Almaniyanın “FC Plauen” klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, “Sumqayıt” ilk yoxlama matçında Qazaxıstanın “Jetusi” klubuna qalib gəlsə də (2:0), növbəti iki oyununda II Bundesliqa təmsilçisi “Paterborn”a (0:4) və Rusiya 1-ci liqasında mübarizə aparan “Fakel”ə (0:1) məğlub olmuşdu.


Son xəbərlər