Mourinyoya sürpriz hədiyyə (FOTO)

Mourinyoya sürpriz hədiyyə (FOTO)
XƏBƏR 27 Yanvar 2012 / 02:40 3071
-  A +

İspaniya kubokunun 1/4 final mərhələsinin ilk görüşündə "Barselona"ya məğlubiyyətdən sonra (1:2) "Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo ilə komandanın futbolçuları arasında insident yaşandığı haqda xəbər vermişdik.

Qol.Az-ın məlumatına görə, əsasən komandanın qapıçısı İker Kasilyas və Serxio Ramosla mübahisəyə girişən Mourinyonun adı çəkilən futbolçularla küsülü qalması uzun çəkməyib.

Belə ki, ötən gün 49 yaşını qeyd edən portuqaliyalı mütəxəssis sürpriz hədiyyə ilə qarşılaşıb. Kasilyas və Ramos üzərində 49 yazılan tortu Mourinyoya təqdim etməklə baş məşqçiləri ilə barışıblar.  


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır