"Tottenhem"in hücumçusuna Rusiyadan təklif var

"Tottenhem"in hücumçusuna Rusiyadan təklif var
XƏBƏR 27 Yanvar 2012 / 00:46 1930
-  A +

"Tottenhem" klubunun hücumçusu Roman Pavlyuçenko yenidən Rusiya Premyer Liqasında çıxış edə bilər.

Qol.Az-ın məlumatına görə, rusiyalı futbolçu ölkəsindən yeni təklif alıb.

"Lokomotiv" (Moskva) klubunun rəhbərliyi Pavlyuçenkonu öz heyətində görmək istəyir. Daha öncə futbolçu üçün 8 milyon avro təklif edən Moskva təmsilçisi məbləği bir qədər də artırıb.

"Dəmiryolçular" Pavlyuçenko üçün 9,5 milyon ödəməyə hazır olduğunu açıqlayıb. Lakin futbolçunun "Tottenhem"lə 2014-cü ilə qədər müqaviləsinin olması "Lokomotiv"in işini çətinə salır.

Qeyd edək ki, 2008-ci ildə "Tottenhem"ə transfer olunan Pavlyuçenko keçirdiyi 75 oyunda 20 dəfə fərqlənib.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...