"Barselona" ciddi itki ilə üzləşdi

"Barselona" ciddi itki ilə üzləşdi
XƏBƏR 27 Yanvar 2012 / 00:01 2446
-  A +

"Real" (Madrid) klubu ilə keçirilən kubok matçından sonra "Barselona" komandası ciddi itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, Kataloniya təmsilçisinin aparıcı oyunçusu Andres İniyesta zədələnərək sıradan çıxıb.

"El Klassiko"da budundan zədə alan futbolçunun ən azı 3 həftə yaşıl meydanlardan kənar qalacağı bildirilir.

Belədə İniyesta La Liqanın 3 oyunla yanaşı, Çempionlar Liqasının 1/8 finalında "Bayer" (Leverkuzen) klubu ilə ilk oyunu da buraxmalı olacaq.

Qeyd edək ki, "Barselona" - "Real" oyunu 2:2 hesabı ilə başa çatmışdı.


Son xəbərlər