"Qarabağ"lı futbolçular dəniz kənarında həndbol oynadılar

"Qarabağ"lı futbolçular dəniz kənarında həndbol oynadılar
XƏBƏR 26 Yanvar 2012 / 15:49 1881
-  A +

Ağdamın "Qarabağ" klubu Antalyada hazırlıqlarını davam etdirir. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən "Rid"lə qarşılaşan komandanın proqramında bu gün tək məşq var idi.

Məşq yerli vaxtla 11:00-da baş tutub. Dünəndən davam edən qeyri-sabit hava şəraiti komandanı otelin ərazisində yerləşən balaca meydançada məşq etməyə məcbur edib.

Dəniz kənarında baş tutan çalışma daha çox rahatlaşdırıcı funksiya daşıyırdı. İsinmə hərəkətlərinin ardından futbolçular qeyri-standard topla əvvəlcə həndbol, sonradan isə 2 qrupa bölünərək mini-futbol oynayıblar.

Qeyd edək ki, "Qarabağ" sabah saat 20:30-da Rumıniyanın "Vasluy" komandasa ilə qarşılaşacaq.


Son xəbərlər