"Sumqayıt" "Dinamo" ilə qarşılaşacaq

"Sumqayıt" "Dinamo" ilə qarşılaşacaq
XƏBƏR 26 Yanvar 2012 / 15:28 1393
-  A +

"Sumqayıt" klubu Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirir.

Qol.Az-ın məlumatına görə, komanda qardaş ölkədə sabah növbəti yoxlama oyununa çıxacaq. Bernhard Raabın komandası "Dinamo" (Drezden) klubunun əvəzediciləri ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə 17:00-da stadionunda baş tutacaq.

Qeyd edək ki, “Sumqayıt” ilk yoxlama matçında Qazaxıstanın “Jetusi” klubuna qalib gəlsə də (2:0), növbəti iki oyununda II Bundesliqa təmsilçisi “Paterborn”a (0:4) və Rusiya I liqasında mübarizə aparan “Fakel”ə (0:1) məğlub olmuşdu.


Son xəbərlər