"Simurq" qələbəni əldən verdi

XƏBƏR 26 Yanvar 2012 / 18:06 2853
-  A +

Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən “Simurq” klubu bu gün yoxlama matçı keçirib.

Qol.Az-ın məlumatına görə, Zaqatala təmsilçisinin rəqibi Gürcüstan çempionu Kutaisi “Torpedo”su olub.

İlk hissəsi qolsuz başa çatan görüşdə hesab fasilədən sonra açılıb. Matçın 56-cı dəqiqəsində Tofiq Mikayılov hesabı açsa da, "Simurq" üstünlüyünü sonadək qoruya bilməyib - 1:1.  



26 yanvar

Yoxlama görüşü

"Simurq" - "Torpedo" 1:1
Qol:
Tofiq Mikayılov, 56 (1:0)




“Simurq”un start heyəti  :
Dmitri Kramarenko, Rasim Ramaldanov, Vidas Alunderis, Emin Cəfərquliyev, Ruslan Poladov, Daniel Genov, Vasiliy Yanutovskiy, Qərib İbrahimov, Nicat Qurbanov, Tofiq Mikayılov, Sergey Kovalenko

Son xəbərlər