"Traktor Sazi"dən növbəti qələbə

"Traktor Sazi"dən növbəti qələbə
XƏBƏR 26 Yanvar 2012 / 03:35 1833
-  A +

Təbrizin "Traktor Sazi" klubu ötən gün İran çempionatında növbəti matçını keçirib.

Qol.Az-ın məlumatına görə, Təbriz təmsilçisi bu tur səfərdə "Şardari" klubu ilə qarşılaşıb.

Son turda "Dəməş" klubuna 3:1 hesabı ilə qalib gələn "Traktor Sazi" bu dəfə də meydanı 3 xalla tərk edib.

Matçın taleyini isə bir qol həll edib. Farzadın matçın 39-cu dəqiqəsində vurduğu qol "Traktor Sazi"yə minimal hesablı qələbə qazandırıb.

Qeyd edək ki, bu qələbə sayəsində xalını 39-a çatdıran "Traktor Sazi" turnir cədvəlinin 2-ci pilləsindəki mövqeyini qoruyub.


Son xəbərlər