"Mançester Yunyated" hücumçusu "Qalatasaray" yolunda

"Mançester Yunyated" hücumçusu "Qalatasaray" yolunda
XƏBƏR 26 Yanvar 2012 / 02:49 2682
-  A +

"Mançester Yunyated" klubunun hücumçusu Dimitar Berbatov karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, bolqarıstanlı futbolçu "Qalatasaray"ın transfer hədəfinə düşüb.

Bu mövsüm hücum xəttində ciddi sıxıntı yaşayan "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim Berbatovu mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədir.

İstanbul təmsilçisi 30 yaşlı futbolçu üçün 8,5 milyon avro ödəməyə hazırdır. Lakin "Mançester Yunayted" klubu bu məsələdə tələsmək niyyətində deyil. Rəhbərlik Berbatovu daha yüksək məbləğə satmaq istəyir.

Qeyd edək ki, 2008-ci ildən "Mançester Yunayted"də çıxış edən Berbatov keçirdiyi 105 oyunda 47 dəfə rəqib qapılarına yol tapıb. 


Son xəbərlər