CSKA-nın futbolçusu Ronaldinyonun yanına getdi

CSKA-nın futbolçusu Ronaldinyonun yanına getdi
XƏBƏR 26 Yanvar 2012 / 02:17 2011
-  A +

Rusiyanın CSKA klubunun futbolçusu Vaqner Lav yenidən ölkəsi Braziliyaya qayıdıb.

Qol.Az-ın məlumatına görə, 27 yaşlı futbolçu Braziliyanın "Flamenqo" klubu ilə anlaşıb.

Braziliyalı futbolçunun 2014-cü ilə qədər "Flamenqo"da çıxış edəcəyi bildirilir. Bu transfer "Flamenqo"ya 10 milyon avroya başa gəlib.

2005-ci ildə "Palmeyras"dan CSKA-ya transfer olunan Lav burada keçirdiyi 154 oyunda 75 qola imza atıb. 2010-cu ildə "Flamenqo"da icarə əsasında çıxış edən futbolçu yenidən Moskva klubuna qaytımışdı.

Qeyd edək ki, "Flamenqo"da dünya futbolunun canlı əfsanəsi Ronaldinyo da çıxış edir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner