"Neftçi" "Dinamo"nu məğlub etdi

"Neftçi" "Dinamo"nu məğlub etdi
XƏBƏR 26 Yanvar 2012 / 00:23 2206
-  A +

"Neftçi" klubunun əvəzediciləri Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan çempionatın lideri ötən gün ilk yoxlama matçını keçirib.

Baş məşqçi Elşad Əhmədovun rəhbərlik etdiyi komanda Moskva "Dinamo"sunun əvəzediciləri ilə qarşılaşıb. Görüş 1:0 hesabı ilə komandamızın xeyrinə başa çatıb. Yeganə qolu matçın 75-ci dəqiqəsində Emin Mehdiyev vurub.
 
Qeyd edək ki, yanvarın 19-dan hazırlıq prosesində olan "Neftçi" yanvarın 28-də Rumıniyanın U-21 yığması, fevralın 2-də isə Almaniyanın 3-cü Bundesliqa klublarından biri ilə qarşılaşacaq.

 


Son xəbərlər