"Turan"a sponsor tapıldı

XƏBƏR 25 Yanvar 2012 / 19:50 2639
-  A +

“Turan” klubunun yeni sponsoru məlum olub.

Qol.Az-ın məlumatına görə, bu barədə jurnalistlərə PFL prezidenti Ramin Musayev məlumat verib.

R.Musayev deyib ki, bundan sonra komandaya Tovuz rayon İcra Hakimiyyəti himayədarlıq edəcək.

Artıq rayonun icra başçısı Tofiq Zeynalov komandanı qəbul edib.

Qeyd edək ki, “Turan”ın sabiq prezidenti Musa Süleymanov bir neçə gün öncə klubdan imtina etdiyini açıqlayıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner