Azərbaycan klublarının oyunu təxirə salına bilər

XƏBƏR 25 Yanvar 2012 / 13:07 2117
-  A +

Antalyada hazırlıq prosesində Azərbaycan klublarının bu günə nəzərdə tutulan yoxlama oyunları təxirə salına bilər.

Qol.Az-ın Türkiyəyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bu, Antalyaya yağan güclü yağışla əlaqədardır.

Dünən axşamdan başlanan yağış indiyə qədər davam etməkdədir.

Qeyd edək ki, “Qarabağ”ın dünənki məşqi də məhz bu səbəbdən baş tutmamışdı.

Yeri gəlmişkən, klublarımızdan “Qarabağ” bu gün “Rid” (Avstriya), “Qəbələ””Kirvbass”la  (Ukrayna), “İnter” isə “Konya Şəkərspor”la (Türkiyə) qarşılaşmalıdı.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner