İspaniya kuboku: "Espanyol"a "Mirandes" şoku

İspaniya kuboku: "Espanyol"a "Mirandes" şoku
XƏBƏR 25 Yanvar 2012 / 02:37 2006
-  A +

İspaniya kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Doğma azarkeşləri önündə "Espanyol"u qəbul edən "Mirandes" çətin qələbə qazanıb. Səfərdə rəqibinə 2:3 hesabı ilə uduzan aşağı liqa təmsilçisi bu məğlubiyyətin əvəzini çıxa bilib.

İkinci hissənin başlanğıcında hesabda geri düşən meydan sahibləri matçın sonlarında qələbə topunu vurmaqla adını yarımfinala yazdırıb. Məhz bu qol "Espanyol"un yolunu kəsib.

Qeyd edək ki, 1/4 final mərhələsinin qalan görüşləri isə bu axşam və sabah keçiriləcək.

 

24 yanvar

İspaniya kubokunda 1/4 final oyunları

"Mirandes" - "Espanyol" - 2:1 (ilk oyun - 2:3)
Qollar:
Fonte, 47 (0:1), İnfante, 57 (1:1), Fernandez, 90 (2:1)

 

25 yanvar

"Malyorka" - "Atletik" (Bilbao) (ilk oyun - 0:2)

"Barselona" - "Real" (Madrid)  (ilk oyun - 2:1)



26 yanvar

"Levante" - "Valensiya" (ilk oyun - 1:4)


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu