"Qarabağ"a leysan əngəli

"Qarabağ"a leysan əngəli
XƏBƏR 25 Yanvar 2012 / 01:23 1680
-  A +

Ağdamın "Qarabağ" klubu Antalyada hazırlıqlarını davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən günün ikinci çalışması saat 18:00-a təyin olunmuşdu.

Komanda məşqə nəzərdə tutulmuş vaxtda başlasa da, çalışmanı başa çatdırmaq mümkün olmayıb. Artıq neçə gündür Antalyada davam edən qeyri-sabit hava şəraiti bu gün yerini şiddətli leysana verdi.

Bu səbəbdən məşq vaxtından əvvəl başa çatmalı olub.

 


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner