“Neftçi” “Muğan”a uduzdu

XƏBƏR 7 Aprel 2009 / 19:44 2341
-  A +

XVII Azərbaycan premyer-liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatının XIX turundan təxirə salınmış “Muğan" - "Neftçi" uyunu bu gün keçirilib. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, oyun “Muğan”ın 1:0 hesabılı qələbəsiylə başa çatıb. Xatırladaq ki, bu oyun martın 20-də keçirilməli idi. Lakin "Neftçi" klubunun 6 üzvü 17 yaşlılardan ibarət Azərbaycan milli komandasının heyətində Avropa birinciliyinin seçmə mərhələsinin elit raundunda iştirak etdiyindən, bu qarşılaşma təxirə salınmışdı.

 


 


Son xəbərlər