"Qəbələ" Türkiyə toplanışını heç-heçə ilə başa vurdu

"Qəbələ" Türkiyə toplanışını heç-heçə ilə başa vurdu
XƏBƏR 24 Yanvar 2012 / 01:16 1673
-  A +

Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ”nin 17 yaşa qədər futbolçulardan ibarət komandası ötən gün son - üçüncü yoxlama oyununu keçirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yerli “Antalyaspor”un əvəzedici komandası üz-üzə gələn U-17 matçdan heç-heçə ilə ayrılıb - 2:2.

Rəqibin qapısından qolları Əsgər Nəbiyev və Fərid Hacıyev keçirib. Bununla da, “Qəbələ” 14 yanvardan davam edən təlim-məşq toplanışına yekun vurub. Komanda bu gün vətənə qayıdacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner