Romal Hüseynov: "Musa Süleymanova borcunu halal edirəm"

Romal Hüseynov: "Musa Süleymanova borcunu halal edirəm"
XƏBƏR 23 Yanvar 2012 / 16:14 3718
-  A +

“Bir qədər öncə “Turan” klubu rəhbərliyinin iclası keçirildi.  Klubun prezidenti Musa Süleymanov rəsmən istefa verdiyini açıqladı. Komandanın başqa bir şəxs tərəfindən himayəyə götürüləcəyinə ümid edərək, biz futbolçular 3 gün gözləmək qərarına gəldik”.

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Turan” klubunun yarımmüdafiəçisi Ramal Hüseynov deyib:

R.Hüseynovun sözlərinə görə, əgər 3 gün ərzində klubun yeni prezidenti təyin olunmasa, özlərinə klub axtaracaqlar: “Onsuz da, başqa kluba keçmək üçün çox gecikmişik. Bütün komandalar lazım olan mövqelərini gücləndiriblər. Lakin 2-3 klub var ki, onlarla danışıqlar gedir. Həmin komandalar ilk “altılıq”da qərarlaşıblar. Yəqin ki, yaxın günlərdə Türkiyəyə yol düşəcəyəm”.

“Turan” klubunun ona olan borcuna gəldikdə isə futbolçu bu haqda belə danışıb: “Əgər Musa Süleymanov klubu saxlamaqdan imtina edirsə, ondan pul istəmək düzgün olmaz. Musa müəllim bizə pis olmayıb. Onun mənə olan borcunu halal edirəm. Üç gün gözləyək görək, nə olur. Tovuzu bu vəziyyətdə  qoyub getmək də istəmirəm”.

 


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq