Milli komandamız Ukraynaya yollandı

XƏBƏR 23 Yanvar 2012 / 13:09 1510
-  A +

Yanvarın 23-25-də Ukraynanın Zaporojye şəhərində yunan-Roma güləşi üzrə Yevgeni Truxinin xatirəsinə həsr olunmuş Respublika turniri keçiriləcək. Qol.Az-ın məlumatına görə, yarışda gənclərdən ibarət Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.

Turnirdə ölkəmizi böyük məşqçi İlqar Abdulov və məşqçi Akif Əliyevin rəhbərliyi altında 8 güləşçi - Əli Məmmədov (50 kq), Sakit Quliyev (55 kq), Rövşən Tağıyev (60 kq), Ənvər Cəfərov (66 kq), Toğrul Yunisli (74 kq), Soltan İsmayilov (84 kq), Hacımurad Çöpsiyev (96 kq) və Zaur Mehrəliyev (120 kq) təmsil edəcəklər.

Qeyd edək ki, artıq millimizin üzvləri turnirdə iştirak etmək üçün Ukraynaya yola düşüb.


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq