Pele: "Messi hələ daha çox rekord qırmalıdır"

Pele: "Messi hələ daha çox rekord qırmalıdır"
XƏBƏR 23 Yanvar 2012 / 03:58 2330
-  A +

Braziliya futbolunun canlı əfsanəsi Pele yenidən "Barselona"nın ulduz futbolçusu Lionel Messi haqda danışıb.

Qol.Az-ın məlumatına görə, Pele dünyanın ən yaxşı futbolçusu seçilən Messinin hələ daha çox rekord qırmalı olduğunu bildirib:

"Messiyə olan heyranlığımı gizlətməyəcəyəm. Onunla eyni səviyyədə olduğumu deyə bilərəm. Çünki ikimiz də tanrı tərəfindən mükafatlandırılmış futbolçularıq.

Ancaq Messi hələ daha çox rekord qırmalıdır. Mənim rekordumu təzələmək də heç də asan olmayacaq. Messi 1,283 qol atsa və 3 dəfə dünya çempionu olsa, məni keçəcək".

 


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner