Mourinyo daha bir portuqaliyalı ulduzu "Real"a gətirir

Mourinyo daha bir portuqaliyalı ulduzu "Real"a gətirir
XƏBƏR 23 Yanvar 2012 / 02:41 2943
-  A +

"Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo daha bir həmyerlisini komandaya gətirməyi planlaşdırır.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis "Mançester Yunayted"in yarımmüdafiəçisi Luiş Naniyə "elçi" düşüb.

Mourinyo "Mançester Yunayted"dəki çıxışı ilə diqqətləri üzərinə çəkən Naninin "Real"a keçidi üçün əlindən gələni edəcəyini bildirib.  

Madrid təmsilçisi Nani üçün "Mançester Yunayted"ə 25 milyon avro ödəməyə hazırdır. Lakin 25 yaşlı futbolçunun bu təklifi necə qarşılayacağı böyük maraq doğrurur.

Qeyd edək ki, 2007-ci ildən "Mançester Yunayted"də çıxış edən Nani keçirdiyi 116 oyunda 23 dəfə rəqib qapılarına yol tapıb.


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq