Türklər Amit Quluzadənin çıxışına qiymət verdilər

Türklər Amit Quluzadənin çıxışına qiymət verdilər
XƏBƏR 22 Yanvar 2012 / 03:54 2555
-  A +

Türkiyə Bank Asya liqasının sonuncu turu çərçivəsində Türkiyənin "Kayseri Erciyesspor" klubunun heyətində növbəti matçına çıxan Amit Quluzadənin oyunu qiymətləndirilib.

Qol.Az-ın məlumatına görə, "Bucaspor"la oyunda 11 dəqiqə meydanda olan Amitin çıxışı 4 balla layiq görülüb.

Türkiyə mətbuatı digər futbolçularla müqayisədə Amitin çıxışına aşağı bal verib. Bu da həmyerlimizin digər futbolçularla müqayisədə meydanda az olması ilə əlaqədardır.

Amitlə yanaşı daha 2 futbolçu da 4 balla qiymətləndirilib. Qalan oyunçular isə 4 və 5 bala layiq görülüblər.

Qeyd edək ki, "Kayseri Erciyesspor" - "Bucaspor" oyunu 3:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Daha çox


Son xəbərlər