"Qalatasaray"dan "Beşiktaş"a doğru

"Qalatasaray"dan "Beşiktaş"a doğru
XƏBƏR 22 Yanvar 2012 / 02:51 2478
-  A +

"Qalatasaray" klubunun müdafiəçisi Sərvət Çətin komandadan ayrılır.

Qol.Az-ın məlumatına görə, təcrübəli müdafiəçinin "Beşiktaş"la anlaşdığı iddia olunur.

Fatih Terimin "Qalatasaray"a gəlməsi ilə əsas heyətdəki yerini itirən Sərvət digər İstanbul nəhəngi "Beşiktaş"a keçməyə çox yaxındır. 

Uzun müddətdir özünə yeni klun axtaran Sərvət sonda "qara qartal"a üstünlük verib. 30 yaşlı futbolçunun yaxın günlərdə "Beşiktaş"la müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, 2007-ci ildən "Qalatasaray"da çıxış edən Sərvət bu komandanın heyətində 108 oyun keçirib.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner