Azərbaycanlı FİFA hakimi Fariz Yusifovun idarəçiliyi ilə Rusiyanın “Krılya Sovetov” və İsveçrənin “Tyun” komandaları arasında keçirilmiş görüş qalmaqalla yekunlaşıb.
Qol.Az-ın məlumatına görə, buna Yusifovun matçın 80-ci dəqiqəsində əvəzetməyə icazə verməməsi səbəb olub.
Samara təmsilçisinin futbolçusu Roman Qriqoryan Roman Vorobyovun yerinə meydana daxil olmaq istəsə də Fariz Yusifov buna icazə verməyib. O, bunu Qriroryanın artıq ilk hissədə oynaması, FİFA qaydalarının əksinə əvəzetmələrə icazə verməməyi ilə əsaslandırıb. Belə olan təqdirdə “Krılya Sovetov”un baş məşqçisi Andrey Kobelev komandanı meydandan çıxarıb. Kobelev bildirib ki, oyundan əvvəl bütün əvəzetmələr, hətta qırmızı vərəqə alan futbolçunun yerinə oyunçunun daxil olmağı ilə bağlı hər iki komanda arasında razılıq əldə olunub.
Fariz Yusifov isə qalmaqala belə münasibət bildirib: "UEFA-nın normalarına görə, geriyə əvəzetmə ya tərəflər arasında əvvəlcədən razılaşdırılmalıdır, ya da qeyri-mümkündür. Biz bu oyunu qonorara görə idarə etmədik. Çünki AFFA-nın hakimlərinin Antalyada təlim-məşq toplanışıdır. Bununla biz də sınanırıq və qiymət alırıq".
Qeyd edək ki, “Krılya Sovetov” – “Tyun” matçı yanvarın 20-də baş tutub.
Mənbə: lent.az
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi