Antalyanın Bələk bölgəsində hazırlıqlarını davam etdirən “Qəbələ” klubu ötən gün iki məşqlə təlim-məşq toplanışının ikinci gününü yekunlaşdırıb.
Qol.Az-ın klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, komanda günün ilk yarısında əsasən uzaqdan qapıya zərbələr üzərində çalışıb.
Günə toplu çalışmalar və ikitərəfli oyunla yekun vurulub. Məşqlərdə Abdulkader Kamara və Rövşən Əmiraslanov zədələri tam bərpa olunmadığı üçün komandadan ayrı çalışıblar.
Bu gün isə “Qəbələ” Antalyada ilk yoxlama oyununda gücünü sınayacaq. Qazaxıstan “Atırau”suna qarşı keçiriləcək matç Bakı vaxtı ilə 19:00-da baş tutacaq.
Qeyd edək ki, matçda Abdulkader Kamara və Rövşən Əmiraslanovdan başqa bütün futbolçuların forma geyinməsi gözlənilir.
Enrike, Mareska, Flik...
Qallaher, yoxsa Neves?
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı
"Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi" - Kaxaber Sxadadze
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil" - Qurban Qurbanov
"Çelsi" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır