"Çelsi" klubunun yarımmüdafiəçisi Frənk Lempard karyerasını Amerika liqasında davam etdirə bilər.
Qol.Az-ın məlumatına görə, ingilis futbolçu Amerikanın "Los Angeles Qalaksi" klubunun maraq dairəsinə düşüb.
Daha öncə Landon Donovan və Devid Bekhem kimi ulduzları transfer edən Amerika təmsilçisi bu dəfə Lempardı transfer etməyi planlaşdırır.
"Los Angeles Qalaksi" klubunun prezidenti Tim Leyveke bu haqda belə danışıb: "Çelsi" dedikdə ağlıma ilk Lempard gəlir. Onun heyranıyam. Bekhemin transferini 2 il gözləmişdik. Lempardı da gözləmək niyyətindəyik. Əgər o, "Çelsi"dən ayrılmaq istərsə, dərhal danışıqlara başlayacağıq".
Qeyd edək ki, 2001-ci ildən "Çelsi"nin şərəfini qoruyan Lempard keçirdiyi 362 oyunda 124 qola imza atıb.
Enrike, Mareska, Flik...
Qallaher, yoxsa Neves?
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı