"Qəbələ"nin futbolçusu yeni imicdə (FOTO)

"Qəbələ"nin futbolçusu yeni imicdə (FOTO)
XƏBƏR 21 Yanvar 2012 / 02:02 2564
-  A +

"Qəbələ" klubunun yarımmüdafiəçisi Yaşar Abuzərov komandanın Antalyadakı ilk məşqinə fərqli imicdə çıxıb.

Qol.Az komandanın mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli futbolçu hazırlıq prosesinə dünya futbol praktikasında tez-tez rast gəldiyimiz qoruyucu maska ilə qatılıb. Buna səbəb Yaşarın burun əməliyyatından sonra üz nahiyəsini hər hansı bir zərbədən, toxunuşdan qorumaqdır.

Xatırladaq ki, Yaşar Abuzərov Unibank Premyer Liqanın 17-ci turu çərçivəsində Şəmkirdə “Turan”a qarşı matçda  Romal Hüseynovla mübarizə zamanı burnundan ağır zədə aldığından əməliyyat olunmuşdu.

Son xəbərlər