"Yığmada uğurla çıxış etməyə borcluyam"

"Yığmada uğurla çıxış etməyə borcluyam"
XƏBƏR 21 Yanvar 2012 / 00:03 1448
-  A +

"Neftçi" klubunun U-21 milli komandasına dəvət alan futbolçu Elnur Soltanlı bununla bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan gənc futbolçu ilk dəfə milli komandaya çağırıldığı üçün sevincli olduğunu bildirib:

"İlk dəfədir ki, 21 yaşlı futbolçulardan ibarət milli komandaya çağırılıram. Təbii ki, sevincliyəm. Bunda məşqçilərimizin böyük zəhməti var. Onlar etimad göstərib bizi əsas komanda ilə təlimlərə cəlb ediblər. Flaqmanın yetirməsi kimi milli komandada uğurla çıxış etməyə borcluyam".

Daha çox


Son xəbərlər