Kaxaber Sxadadze və komandası məşqə sükutla başladı

Kaxaber Sxadadze və komandası məşqə sükutla başladı
XƏBƏR 20 Yanvar 2012 / 18:06 1612
-  A +

Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün səhər bərpa məşqinə çıxıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, məşqdən öncə komandanın baş məşqçisi Kaxaber Sxadadze bu gün 20 yanvar faciəsinin 22-ci ildönümü olduğunu bildirdi və qanlı hadisələrdə həlak olmuş insanların xatirəsini bir qəqiqəlik sükutla yad olunmasını xahiş edib.

Gürcüntanlı mütəxəssis "İnter" komandasının məşqçi heyəti  və futbolçuları adından Azərbaycan xalqına başsağlığı verib, həlak olmuş insanlara Allahdan rəhmət, yaxınlarına isə səbr diləyib.

Bir dəqiqəlik sükutdan sonra futbolçular müxtəlif tapşırıqları yerinə yetiriblər. Əlavə edək ki, "İnter" bu gün axşam məşqinə də çıxacaq.

 


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner