Rusiyalı futbolçu "Kəpəz"də (FOTO)

Rusiyalı futbolçu "Kəpəz"də (FOTO)
XƏBƏR 20 Yanvar 2012 / 17:24 2563
-  A +

"Kəpəz" klubu bu gün axşam məşqinə bir dəqiqəlik sükutla başlayıb.

Qol.Az-ın klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, komanda artıq məşqlərin ikinci siklinə start verib.

Bu gün məşqə komanda ilə yanaşı, baxışa dəvət olunan yeni futbolçu da qatılıb. Bu, Rusiyanın Sankt-Peterburq şəhərindən olan 1990-cı il təvəllüdlü Andrey Semençukdur. Boyu 1,88 metr olan futbolçu müdafiəçidir və onun sonuncu klubu Soçinin Jemçujina klubudur.

Hazırda Kəpəzin məşqçilər korpusu oyunçunun fiziki və taktiki hazırlığını yoxlayır. Əgər Andrey Semençuk baş məşqçinin tələblərinə uyğun gələrsə, klub onunla müqavilə imzalaya bilər.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord