"Simurq"da zədə epidemiyası

XƏBƏR 7 Aprel 2009 / 13:45 2526
-  A +

"Simurq"un futbolçusu Elşən Məmmədovun zədəsinin ciddi olduğu aşkarlanıb. Qol.Az-ın məlumatına görə, Elşən Məmmədov premyer-liqanın XX turunda keçirilən "Karvan" - "Simurq" matçının 81-ci dəqiqəsində zədələnmişdi. Həkimlərin ilkin yardımından sonra futbolçu oyunu sona çatdırmışdı. Lakin müayinədən sonra məlum olub ki, futbolçunun sağ ayağında barmağı sınıb. Buna görə də Elşən Məmmədov bir müddət müalicə alacaq. Futbolçunun yaşıl meydana nə vaxt qayıdacağı hələ məlum deyil. Lakin o dəqiqdir ki, təcrübəli hücumçu həftəsonu premyer-liqaının XXI turu çərçivəsində səfərdə "Bakılı"ya qarşı keçiriləcək matçda komandasına kömək edə bilməyəcək. Xatırladıq ki, Elşənin zədələnməsiylə "Simurq"un vəziyyəti bir qədər də çətinləşib. Çünki Məmmədov mövsümün gedişində "Simurq"un itirdiyi heç də ilk futbolçu deyil. Bir müddət əvvəl komandanın aparıcı hücumçularından olan Ramin Nəsibov da zədələnmişdi. Hətta futbolçunun zədəsi ciddi olduğundan, o İstanbulda əməliyyat da olunub.     

Son xəbərlər