"Neftçi"nin 4 futbolçusu milliyə çağırıldı

"Neftçi"nin 4 futbolçusu milliyə çağırıldı
XƏBƏR 20 Yanvar 2012 / 16:04 2360
-  A +

Ağabala Ramazanov və Elvin Yunuszadənin ardınca "Neftçi"nin daha 2 üzvü İlham Allaverdiyev və Elnur Soltanlı da 21 yaşlı futbolçulardan ibarət yığma komandanın düşərgəsinə çağırılıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlıqlarını "Neftçi"nin əsas komandası ilə davam etdirən gənc futbolçular sabah "Neftçi" - "Aktobe" matçında sonra U-21-in düşərgəsinə yollanacaq.

Qeyd edək ki, artıq "Neftçi" rəhbərliyi bu barədə 21 yaşlı futbolçulardan ibarət milli komandanın baş məşqçisi Bernhard Lippertlə razılığa gəlib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner