"Torres Droqbanın kölgəsində qalan oyunçu deyil"

"Torres Droqbanın kölgəsində qalan oyunçu deyil"
XƏBƏR 20 Yanvar 2012 / 14:33 2122
-  A +

"Çelsi" klubunun baş məşqçisi Andre Villas Boaş komandasının hücumçusu Fernando Torresin müdafiəsinə qalxıb.

Qol.Az-ın məlumatına görə, PSJ klubunun baş məşqçisi Karlo Ançelottinin Torres haqda dediklərinə münasibət bildirən Boaş fikrini belə izah edib:

"Ançelottinin fikirlərinə hörmətlə yanaşıram. Ancaq Torres Droqbanın kölgəsində qalan oyunçu deyil. Adı çəkilən futbolçular dünya səviyyəli futbolçulardır. Bu iki futbolçu arasında seçim etmək isə ağılsızlıq olar. Torres daha çox çalışır və hazırda yaxşı formadadır".

Qeyd edək ki, Ançelotti Torresin "Çelsi"də sözünü deməsi üçün Droqbanın komandadan getməsinin vacib olduğunu bildirmişdi.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner