Kamal Quliyev: "Bu, onlar üçün böyük təcrübə oldu"

Kamal Quliyev: "Bu, onlar üçün böyük təcrübə oldu"
XƏBƏR 20 Yanvar 2012 / 12:51 3049
-  A +

"Neftçi" klubunun məşqçisi Kamal Quliyev komandasının Türkiyə toplanışı haqda danışıb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlama verən Quliyev hazırlıqla bağlı bunları deyib:

"Baş məşqçinin verdiyi tapşırıqları həm biz məşqçilər, həm də futbolçular canla-başla yerinə yetiririk. Artıq 1 yoxlama matçı keçirmişik. Bu oyunda əvəzedici heyətdən əsas komandaya cəlb olunmuş futbolçuları da yoxladıq.
 
Bu, onlar üçün böyük təcrübə oldu. Öz növbəmdə klub rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, əsas komanda ilə yanaşı, gənc futbolçulara da belə bir şəraiti yaradıblar".


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord